Kaliforniyada tüğyan edən meşə yanğınlarından təxliyyə olunan sürücülərdən biri sosial şəbəkələrin qəhrəmanına çevrilib.
Oxu.Az "National Geographic"in "Twitter" səhifəsinə istinadən xəbər verir ki, sürücü avtomobilini yolun kənarında saxlayır və həyatını təhlükə altına ataraq, yanğından canını qurtarmağa çalışan heyvanın dalınca qaçır.
İlk cəhddən bunu edə bilməsə də, xilasetmə əməliyyatı sonda uğurla nəticələnir.
N.O.