BƏƏ-nin vitse-prezidenti, Dubay əmiri Şeyx Məhəmməd Rəşid Əl Məktum İordaniyaya səfəri zamanı xoşagəlməz halla üzləşib.
Oxu.Az faktxəbərə istinadən xəbər verir ki, Dubay əmiri Əmman şəhərindəki hava limanında təyyarədən düşərkən müvazinətini itirərək yerə yıxılıb.
Qeyd edək ki, Şeyx Məhəmməd Rəşid Əl Məktum İordaniyaya Ərəb Liqasının 28-ci sessiyasında iştirak etmək üçün gedib.
İ.N