Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dubaya uçan sərnişin İsrailə raket hücumunu lentə aldı: Heyrətamiz görüntülər
Dubaya uçan sərnişin uçuş zamanı təyyarənin pəncərəsindən İsrailə raket hücumunu lentə alıb.
Bu barədə Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir.
Görüntülər "Roof of TurDom" Telegram kanalında yayımlanıb.
Pəncərədən bir-birinin ardınca təyyarəyə nisbətən yaxın uçan bir neçə raketi görmək mümkündür. Təyyarənin dəqiq haradan uçduğu isə açıqlanmayıb.
Daha əvvəl isə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) İsrail, İran və İraq hava limanlarına və ya hava limanlarından uçuşlardan çəkinmək tövsiyəsi əsasında Rusiyanın bir neçə aviaşirkəti Moskva ilə BƏƏ arasında uçuşları təxirə saldığı məlumdur. Aviasiya səlahiyyətliləri bildiriblər ki, bölgədə mülki təyyarələr üçün təhlükəsizlik təhdidi mövcuddur.
"İsrail" teqi üzrə xəbərlər
- İsrail İordaniya ilə sərhəddə hasar tikməyə başlayacaq
- İsrail 11 girovun azad edilməsini tələb edir
- BƏƏ-də ravvinin qətlində təqsirli bilinən üç nəfər ölüm cəzasına məhkum edildi
- Netanyahunun müşaviri və keçmiş mətbuat katibi həbs olundu
- İsrail MN: "Qəzzalıların ən azı 40%-i anklavı tərk etmək istəyir"