Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaqlar
Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaqlar.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Heyvanlar aləmi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gedib
- Deputat: "Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər aptek yoxdur"
- Komitə sədri bölgələrdə orta tibb işçilərinin çatışmazlığından danışdı
- Məlahət İbrahimqızı: "Stomatoloji xidmətlərlə bağlı yeni qanunların yaradılmasına ehtiyac var"
- Adil Vəliyev: "250 kredit balı yığan həkimlər sertifikasiya imtahanından azad ediləcəklər"