Dubayda dünyanın ən hündür əkiz qüllələri tikiləcək, bu barədə Əmirliyin işgüzar nəşri olan Arabian Business-də bildirilib.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, Dubai Twin Towers adlanan göydələn daşınmaz əmlak sahəsində Dubai Holding investisiya şirkətinin noyabrın 1-də elan edəcəyi yeni meqa-layihənin tərkib hissəsidir.
Göydələnin dəqiq hündürlüyü hələ ki, bildirilmir. Hal-hazırda ən hündür qüllələr Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən, 452 metr hündürlüyü olan Petronas Twin Towers-dir.
Əkiz qüllələr, Dubay buxtasının sahilində yerləşən nəhəng yaşayış və kommersiya daşınmaz əmlak kompleksinin tərkib hissəsidir. Bu yeni rayonu, yaradıcılar “gələcəyin şəhəri” adlandırırlar. Onu Dubayla ekoloji təmiz olan: yüngül metro, sürətli tramvay və su taksisi nəqliyyat növləri də birləşdirəcək. Layihənin ümumi sahəsi 600 hektardır.
Xatırladaq ki, dünyanın ən hündür binası – Dubayda yerləşən, 828 metr hündürlüyü olan Burj Khalifa göydələnidir. Onun tikintisi 2010-cu ildə başa çatıb.
A.İ.