Birləşmiş Ərəb Əmirliklərində Dubay hakimi və BƏƏ-nin vitse-prezidenti, baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun dünyasını dəyişmiş oğlu Şeyx Rəşid bin Məhəmməd bin Rəşid əl-Məktumun dəfn mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, gəncin ölümünə ürək tutması səbəb olub.
Şeyx Rəşid şeyx Məhəmməd bin Rəşid əl-Məktumun və onun böyük arvadının birinci oğlu, həmçinin taxt-tacın varisi Şeyx Həmdanın böyük qardaşı idi.
O, idman və at yarışlarını sevirmiş.
2008-2010-cu illərdə şeyx Rəşid BƏƏ-nin Olimpiya komitəsinə rəhbərlik edib.
O, beş il ardıcıl ərəb seks-simvolu seçilib. Sonuncu dəfə bu ada 2010-cu ildə layiq görülüb.
Şeyxin sərvətinin 1,9 mlrd. dollar olduğu bildirilir.
Dubayda 3 günlük matəm elan edilib.