Forbes jurnalı ənənəvi “Dünyanın ən zəngin qadınları” reytinqini açıqlayıb.
Oxu.Az Ailem.az-a istinadən xəbər verir ki, siyahıya 36,7 milyard dollarlıq varidatla “WalMart“” marketlər şəbəkəsinin banisinin gəlini Kristi Uolton başçılıq edir.
2005-ci ildə həyat yoldaşını aviaqəzada itirən 59 yaşlı Uolton ailə sərvətini son 9 ildə 2 dəfə artırmağı bacarıb.
Reytinqin 2-ci pilləsində “L'Oreal” parfümeriya imperiyasının sahibi Lilian Betankur qərarlaşıb. Fransız dul xanımın varidatı 34,5 milyard dollardır.
3-cü pillədə “WalMart” supermarketlər şəbəkəsinin banisi Sem Uoltonnun qızı Elis Uoltondur. Onun sərvəti 34,3 milyard dollardır.
Siyahının sonuncu pilləsində 14 milyard dollarlıq sərvətlə mərhum Stiv Cobsun dul xanımı, “Disney” səhmdarı Loren Pauell Cobsdur.