Qlobal bazarda neft kəskin ucuzlaşmalardan sonra yenidən bahalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:17-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.97 dollar (3.53%) artaraq bir barel üçün 87.06 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 4.27 dollar (4.8%) ucuzlaşaraq bir barel üçün 84.09 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 2.62 dollar (3.31%) bahalaşaraq bir barel üçün 81.88 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neft 3.35 dollar (4.1%) ucuzlaşaraq bir barel üçün 79.26 dollara satılmışdı.