2013-cü ilin yekunlarına görə dünyada ən çox satılan avtomobil markası “Toyota Corolla”dır.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1966-cı ildən başlayaraq 40,72 milyon avtomobil satılıb.
Ötən il ərzində dünya bazarında 1 milyon 98 min 524 min “Corolla” markalı avtomobil satılıb.
2012-ci illə müqayisədə satışlar 5% artıb.
Satış üzrə ikinci yeri “Focus” modeli ilə “Ford” tutur. Hesabat dövrü üçün 1 milyon 97 min 618 nüsxə “Focus” satılıb.