Yasamal rayonunda gənc oğlan yoldan ötənlərin gözü qarşısında intihar məqsədilə həb atıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.az-a Yasamal rayon 27-ci polis bölməsindən deyiblər.
Məlumdur ki, dünən axşam 19.00-da C.Cabbarlı küçəsində yerləşən 33 nömrəli binanın qarşısında Ruslan adlı 25-30 yaşlarında bir nəfər dayanaraq nümayişkaranə bir neçə həb udub.
Ruslanın vəziyyəti pisləşib və onu Kliniki Tibbi Mərkəzə aparıblar. Hal-hazırda xəstə komada olduğundan hüquq mühafizə orqanlarının əməkdaşları bu addımı atmağa məcbur edən səbəblər barədə ona sual verə bilmirlər.
Ruslan barədə əməliyyatçılara başqa heç nə məlum deyil.
Faktla bağlı araşdırma aparılır.