Ötən il dünyada turizm məqsədli səyahət edənlərin sayı 1 milyard nəfəri aşıb.
Sözü gedən 1 milyard adamın təxminən 300 milyonu tətilinə “inancı” da daxil edib.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə “TÜRSAB (Türkiyə Səyahət Agentlikləri Birliyi) İnanc Turizmi 2014” hesabatında deyilir. Hesabat Dünya Turizm Təşkilatının məlumatlarından istifadə edilərək hazırlanıb.
Hesabatda, inanc turizmi, “İnsanların daimi yaşadıqları, işlədikləri və hər zamanki adi ehtiyaclarını qarşıladıqları yerlərin xaricinə, dini inanclarını reallaşdırmaq, inanc yerlərini görmək məqsədi ilə etdikləri turistik məqsədli gəzintilər” kimi göstərilib.
Hesabata görə, dünyada ən çox ziyarət edilən müqəddəs məkanlar ardıcıllığında ilk sırada hər il 30 milyon adamı qəbul edən Tokiodakı “Meiji Shrine” və “Sensoji” məbədi yer tutub. Bu yerlərin ardınca isə, 21,9 milyon ziyarətçi ilə Hindistandakı “Kashi Vishwanath” Məbədi və 20 milyon ziyarətçiylə Meksikadakı “Our Lady of Guadalupe Bazilikas”ı gəlir.