Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dünyanı dəli edən işarə...
Kubra Məhərrəmova yazır...
İki gündür Çavuşoğlunun göstərdiyi “bozqurd” işarəsi bütün sosial şəbəkələrdə paylaşılıb. Ən çox da ermənilər paylaşıb. Ermənilər indi bu işarəni dünyaya “ermənilərə qarşı təhdid” və “terror” kimi sırıyırlar.
Adam ermənilərə güllə atmayıb, təhqir etməyib, sadəcə “bozqurd” işarəsini göstərib. Amma bu işarə “Bayraqdar” olub düşüb bütün dünya ermənilərin başına. Amma adamın üstündə Allah var, təkcə Çavuşoğlunun gülüşü nəyə desən dəyər.
Qeyd edim ki, Uruqvayda yaşayan bir qrup erməni əsilli şəxs Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvaya rəsmi səfərinə etiraz əlaməti olaraq Türkiyənin bu ölkədəki səfirliyinin qarşısına toplaşaraq Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
Türkiyənin XİN başçısı isə şüar səsləndirən ermənilərə “bozqurd” işarəsi ilə cavab verib. Elə həngamə də bundan sonra başlayıb.
Belə ki, dünyanın aparıcı media qurumları Çavuşoğlunun jestinə münasibət bildirənləri paylaşmağa başlayıb. Bir neçəsini misal gətirək.
“Deutsche Welle” xəbər verir ki, Uruqvay prezidenti Luis Lakal Pu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Montevideoya səfərinə etiraz edən erməni icmasının etirazçılara jestini tənqid edib”.
“El Pais” məlumat yayıb Uruqvay xarici işlər naziri Fransisko Bustillo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Montevideoda ermənilərə qarşı millətçi jestini pisləyib.
Bunlar bir tərəfə qalsın, Çavuşoğlunun “bozqurd” işarəsi erməni siyasətçilərinə od qoyub. Bir neçə sitat da onlardan göstərək.
Milli Assambleyanın “Hayastan” fraksiyasının üzvü Qeqam Nəzəryan Yerkir.am-a bildirib ki, “Çavuşoğlunun jesti erməni xalqına ayıq-sayıq olmaları üçün çağırış olub”.
Arman Tatoyan deyib ki, ayıq-sayıqlıq zəifləməməlidir, ermənilərə qarşı soyqırımı siyasəti azalmayıb.
Sərsəm ifadələrdən daha biri: “Boz canavarlar Azərbaycanda da fəaliyyət göstərir və Azərbaycan hakimiyyətinin himayəsindədir. 2016-cı ildə boz canavarlar Aprel döyüşləri zamanı Artsax Müdafiə Ordusunun öldürülmüş əsgərlərinin cəsədlərini kəsərək vəhşiliklər törətdilər. 2020-ci ildə də eyni vəhşilikləri daha intensiv şəkildə törətdilər. 44 günlük müharibə zamanı da həmçinin”.
Erməni mediasının daha bir parlaq və məntiqə sığmaz tezisi: “Ararat Mirzoyanın türkiyəli həmkarının göstərdiyi işarə terrorun simvoludur. Üzündəki təbəssüm, Çavuşoğlunun Uruqvay ermənilərinə göstərdiyi “boz qurdlar”ın işarəsi yenə səmimidir. O, dövlətinin məqsədlərini gizlətmir. Deyir ki, məqsədimiz sizi yer üzündən silməkdir, çünki bu Turan işarəsidir. Ermənilər var olduqca Turan yoxdur. Ona görə də arzuladığımız Turanı quran siz ermənilər olmamalısınız”.
Tarix boyu heç vaxt terror törətməyən, hər zaman mərd-mərdanə döyüşən, əldə etdiyi bütün qələbələri də canı, qanı bahasına əldə edən türkə ancaq həyasız və şərəfsiz ASALA-nı yaradan terrorçu deyə bilər.
Əslində isə “bozqurd” işarəsi zəfər işarəsidir və türk xanlarının uğuru deməkdir. Qərbə köç edən hun, qıpçaq və peçeneq türkləri də bu işarəni nəsil göstəricisi kimi, yəni “türkəm” mənasında işlədiblər.
Bəzi mənbələrə görə isə mağaralardan tapılan VI əsrə aid “Türk Xan heykəli”ndən məlum olur ki, “bozqurd” işarəsi İslamdan əvvəlki Göytürklər dövründə belə Türk xanlarının zəfər nişanəsi kimi qəbul olunub.
Qısası “bozqurd” işarəsi türkün qanına-canına elə hopub ki, qiyamətə qədər bizimlə gedəcək. Boz qurdun qiyamətə qalması da ayrı bir əfsanədir. Əfsanəyə görə, qiyamət zamanı tufan qopacaq, bütün canlılar məhv olacaq, qurd isə ayağını yerə basıb tufana tab gətirəcək, tufana qalib gələcək. Bu da bir daha onu ifadə edir ki, bu əfsanəni düşünə bilən, qurdu özünə totem, yolgöstərən, ilahi qüvvə seçən türk əbədi olmaqda iddialıdır. Əsrlər boyu da bunu qanıyla, canıyla özündən sonrakı nəsillərə keçirib.
O ki, qaldı çox hörmətli Çavuşoğlunun “bozqurd” işarəsini göstərməsinə, bu qanla gələn bir şeydir. At üstündə, savaş meydanında hər zaman qalib gələn türkə elə “bozqurd” işarəsi yaraşır.
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- İki maddəlik Ermənistan: Müharibədə məğlub olan Paşinyan sülhü də uduzub
- Normallaşma prosesini əngəlləyən üçlük: Dekotinyi, Okampo və katolikos
- Mirzoyan: "Ermənistan və Azərbaycan məhsullarının qarşılıqlı tranzitini təşkil edə bilərik"
- Azərbaycan və Ermənistan müqavilə mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəliblər
- Xaosun bir addımlığında: Ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq
Rəylər