Britaniyanın “The Guardian” qəzeti dünyaca məşhur ermənilərin siyahısını tərtib edib.
Oxu.Az xəbər verir ki, nəşr qeyd edib ki, erməni diasporu 10 milyon insan təşkil edir və bu da Ermənistan əhalisinin sayından üç dəfə çoxdur.
Məqalədə qeyd olunur ki, ermənilər onları qəbul edən ölkələrdə həmişə inkişaf edirlər və biznes, idman, mədəniyyət və siyasət sahələrində uğurlar əldə edirlər.
Nəşr məşhur ermənilərin onluğunu belə müəyyən edib.
1. Müğənni Şer (68 yaş) – Əsl adı Şerilin Sarkisyan. Onun anası amerikalı, atası isə erməni əsilli amerikanlı olub. 
2. Teleulduz Kim Kardaşyan (34 yaş) – Dünyaca tanınmış erməni. Bu yaxınlarda o, əri reper Kanye Vestlə Ermənistana səfər edib və baş nazirlə görüşüb. 
3. Tennisçi Andre Aqassi (44 yaş) – Las Veqasda anadan olub. Anası amerikalı, atası isə İran əsilli erməni olub. Əsl soyadı Aqasyandır. 
4. Şansonye Şarl Aznavur (90 yaş) – Fransanın Frank Senatrası kimi tanınır. Anası Knar Baqdasaryanın “erməni soyqırımı”ndan sağ qaldığı bildirilir. 
5. Rusiyanın XİN başçısı Sergey Lavrov (65 yaş) – Moskvada anadan olub. Atası erməni, anası rusdur. O, damarlarımda erməni qanının axdığını deyib. 
6. Biznesmen Kirk Kerkoryan (97 yaş) – Kaliforniyada yaşayır və 4 milyard dollarlıq şirkətin sahibidir. 
7. “Formula 1”-in qalibi Alen Prost (60 yaş) – Onun nənəsi “soyqırım”dan Fransaya qaçıb və həyat yoldaşı ilə orada görüşüb. 
8. Musiqiçi Serj Tankyan – “System of a Down” metal qrupunun üzvüdür. 
9. Aktyor Endi Serkis (50 yaş) - “Üzüklərin əfəndisi” filmində Gollum obrazını yaradıb. Əsl soyadı Sarkisyandır. 
10. Məşhur britaniyalı teleaparıcı Devid Dikenson (73 yaş) – Anası Eugene Qulessaryan adlı ermənidir. Cim və Coys Dikenson tərəfindən övladlığa götürülüb. 