Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dünyanın altı ən zəngin şəxsi Trampa baş çəkib
Dünyanın 10 ən varlı adamından altısı ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Mar-a-Laqo malikanəsinin yerləşdiyi Florida ştatındakı Palm Biç hava limanında görüntülənib.
Oxu.Az xəbər verir ki, bu barədə "JetSpy" aviasiya məlumat bazasına istinadən məlumat yayılıb.
Məlumata görə, "Tesla", "Space X" və "X" şirkətinin sahibi İlon Mask, "Amazon"un qurucusu Ceff Bezos, "Meta" korporasiyasının direktoru Mark Zukerberq, "Oracle" korporasiyasının həmtəsisçisi Larri Ellison, "Google"un yaradıcılarından biri olan Sergey Brin və "Microsoft"un qurucusu Bill Qeyts ABŞ-dəki prezident seçkisinin keçirildiyi ötən ilin noyabrından indiyədək 25 dəfə Floridaya uçublar.
Qeyd olunur ki, bu şəxslər ötən ilin eyni dövründə cəmi 10 dəfə bu hava limanına eniblər.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Ekvador ABŞ qoşunlarının gəlişinə hazırlaşır: Ölkə prezidenti Trampdan nə xahiş edib?
- Tramp ABŞ və Qrenlandiyanın münasibətləri haqqında video paylaşdı
- Tramp və Kanadanın baş naziri razılığa gəldilər
- Tramp Ukrayna üzrə sülh danışıqlarındakı əngəli açıqladı
- Tramp: "İran danışıqlar aparmalıdır, yoxsa çox pis nəticələrlə üzləşəcək"