Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Apple" "TikTok"la yanaşı 10 tətbiqi "App Store"dan sildi
Amerikalıları düşmən ölkələr tərəfindən idarə olunan proqramlardan qorumaq üzrə qanunun bir hissəsi olaraq, "Apple" şirkəti "TikTok"la yanaşı Çinin "ByteDance" şirkətinə məxsus daha on tətbiqi "App Store"dan silib.
Oxu.Az xəbər verir ki, "TechCrunch" hadisəni görünməmiş adlandırıb, çünki "Apple" adətən silinmiş proqramların siyahısını dərc etmir.
Beləliklə, "TikTok"ün özü ilə birgə "TikTok Studio", "TikTok Shop", "CapCut", "Lemon8", "Hypic", "Lark", "Lark - Rooms Display", "Lark Rooms Controller", "Gauth: AI Study Companion" və "Marvel Snap" daxil olmaqla cəmi 11 proqram silinib.
"Apple" ABŞ qanunlarına əməl etməyə borclu olduğunu bildirib. Proqramların endirilməsi və yenilənməsi qadağası 19 yanvar 2025-ci ildə qüvvəyə minib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ bəzi xarici vətəndaşlar üçün vizaları ləğv edəcək
- ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
- Ekvador öz ərazisində ABŞ hərbi bazasının yerləşdirilməsində maraqlıdır
- Tramp əmr etdi: Husilərə qarşı hərbi əməliyyatlar başladı
- ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var