Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI
2024-cü ilin ən təhlükəsiz minik avtomobilləri açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Euro NCAP" təşkilatı aparılan crash-testlərin nəticələrinə əsasən xəbər verib.
Bildirilir ki, "Ən təhlükəsiz elektromobil" kateqoriyasında "Zeekr X" krossoveri qalib gəlib. Bundan əlavə, bu model kiçik krossoverlər sinifində ən yaxşı avtomobil kimi tanınıb.
Ən təhlükəsiz böyük krossover "Mazda CX-80" modeli seçilib.
Böyük ailə avtomobilləri reytinqində "Skoda Superb" lider olub.
Həmçinin mütəxəssislər Çinin "Maxus eTerron 9" modelinin yüksək təhlükəsizliyini qeyd ediblər.
Kateqoriyalardan asılı olmayaraq mütləq qalib isə "Mercedes-Benz E-Class" olub.
Qeyd edək ki, "Euro NCAP" - avtomobillərin aktiv və passiv təhlükəsizliyini qiymətləndirən və müstəqil qəza testləri keçirən Avropa təşkilatıdır.
"Avto-moto" teqi üzrə xəbərlər
- Britaniya Müdafiə Nazirliyi "McLaren"lə müqaviləni ləğv etdi
- Trampın rüsumları "Porsche"nin vəziyyətini ağırlaşdıra bilər
- "Toyota" maşınlarında xəta aşkarlandı
- Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz?
- "Nissan" "Honda" ilə "övladlığa götürmə" uğursuzluğundan sonra ABŞ-də tərəfdaş axtarır
Rəylər