Dünyanın ən varlı insanları öz sərvətlərini bu il ərzində 92 milyard dollar artırıblar. Bu barədə Bloomberg bildirib.
Onun qiymətləndirməsinə görə, dünyanın ən varlı 400 adamının sərvətinin ümumi həcmi təxminən 4,1 trilyon dollara çatıb. Onlardan ən uğurluları “Alibaba” Çin onlayn-riyelterin sədri və təsisçisi Cek Ma, Dalian Wanda Group investisiya kampaniyasının sahibi Van Szyanlin, eləcə də Berkshire Hathaway investisiya holdinqinin rəhbəri Uorren Baffetdir, Oxu.Az İtar-Tass-a istinadən xəbər verir.
Cek Ma sona çatan il ərzində öz kapitalını 25,1 milyard artırıb. 1999-cu ildə yaradılmış şirkətin aksiyaları bu ilin sentyabrında təxminən 56% artıb. Bloomberg-in məlumatına görə, ingilis dili müəllimi Asiyada ən varlı insana belə çevrilib.
Baffet 13,7 milyard dollar qazanıb, belə ki, Berkshire Hathaway aksiyaları 28% bahalaşıb. İnvestorları əsasən, milyarder tərəfindən son beş ildə əldə etdiyi şirkətlərin rekord gəlir əldə etdiyi barədə bəyanat sevindirib.
2014-cü ildə Van Szyanlinin şirkətin aksiyalarının ilkin yerləşdirməsindən sonra 12,8 milyard dollar əldə edib. Ona mənsub olan aktivlərin ümumi dəyəri 25,3 milyard dollar artıb.