Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dünyanın ən varlı adamını yöndəmsiz görünüşünə görə utandırdılar - FOTO
“The Outline” nəşrinin müəllifi “New York Times” qəzetinin “Twitter” hesabındakı paylaşımına kinayə ilə cavab verib. Paylaşımda dünyanın ən varlı şəxsi olan Ceff Bezos stil ikonu adlandırılıb.
Oxu.Az xəbər verir ki, digər nəşrlərdəki həmkarları də onun bu fikirlərini sübut edən seçilmiş fotolar paylaşıblar.
“Mən “New York Times”da yayımlanan “Ceff Bezos stil ikonudur” oxuyanda” – şərhini yazan qız “Aleksa”nın köməkçisinə sual ünvanlayır.
me, while reading that nytimes piece about "jeff bezos, style icon" pic.twitter.com/73o5AcmN0z
— paris martineau (@parismartineau) 2 August 2018
Aleksa, nə baş verir?
Jurnalist xanıma “Mashable”dən olan həmkarları dəstək nümayiş etdiriblər. Onlar Bezosun zövqsüz geyimli fotolarını paylaşıblar. Eyni zamanda, nəşrin müəllifi Bezosun ovçu şortlarında və idman ayaqqabılarında jurnalistlər qarşısına çıxmasını xatırladıb.
“Bu gözəl çəkmələri qoruyun”, - jurnalist deyib.
Və ya o, milyarderin təmir vaxtı geyinilməsi üçün yararlı olan gödəkçədəki fotosunu yayımlayıb.
Müəllif belə qənaətə gəlir ki, Bezos “stil ikonu” statusundan çox uzaqdır.
Bezos “Amazon” şirkətinin rəhbəridir. “Forbes” nəşri onu 2018-ci ilin ən varlı şəxsi hesab edib. Hazırda onun kapitalı 139 mlrd. 600 mln. dollar həcmindədir.
Rəylər