Çinin Sıçuan əyalətindəki böyük pandaların mühafizəsi və öyrənilməsi mərkəzində dünyanın ən yaşlı pandası ölüb.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, Panpan adlı pandanın 31 yaşı var idi.
Məlumata görə, panda mədə şişindən əziyyət çəkirdi. Panpan 1985-ci ilin sentyabrında dünyaya gəlmişdi.
N.O.