Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dünyanın iki ölkəsinin sakinləri yeni casus proqramlarının qurbanı olublar
İtaliya və Qazaxıstanda “Android” və “iOS” smartfon istifadəçilərinin quraşdırdıqları zərərli proqram onların cihazlarından məxfi məlumatları oğurlayıb. Bu yeni hücumla bağlı hesabat “Google” bloqunda peyda olub.
Zərərli proqramların yayılmasına İtaliyanın “RCS Labs” şirkətinin cavabdeh olduğu bildirilir.
Qeyd olunur ki, qurban onun hesabına girişin itirildiyi barədə mesaj alır və onu bərpa etmək üçün saxtakarların göndərdikləri linki izləməsi təmin olunur. Linkə basdıqda qurban məşhur xidmətlərin interfeysini imitasiya edən saxta saytlarla üzləşir. Məsələn, bu keçidlərdən biri saxta “Samsung” veb-saytına gətirib çıxarır ki, oradan şirkətin “xüsusi” proqramını yükləmək lazım gəlir.
İstifadəçi “Android” cihazından istifadə edibsə, onun smartfonuna quraşdırma apk-faylı endirilir. Bundan sonra istifadəçi proqrama şəbəkəyə, istifadəçi məlumatlarına, kontaktlara və cihazın daxili yaddaşına daxil olmaq üçün icazələr verir.
Mənbə: Gazeta.ru
"İtaliya" teqi üzrə xəbərlər
- İtaliya əhalisi qorxu içində: Mafiya qruplaşmaları arasında müharibə başlayır?
- İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"
- İtaliyada heyvanları yolda atıb gedənlərə sərt cəza veriləcək
- İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı
- Kiyevdə hava hücumu təhlükəsi: Şəhərdəki səfirliklər bağlanır
Rəylər