Rusiyanın Primorsk diyarında “Əbədi məşəl”də dincələn kişinin axtarışlarına başlanılıb.
RT-nin məlumatına görə, bu barədə kadrları yoldan keçən şəxs çəkərək, sosial şəbəkələrdə paylaşıb.
Kadrlardan görünür ki, naməlum kişi İkinci Dünya Müharibəsi illərində həlak olanların xatirəsinə həsr olunmuş memoriala uzanaraq, günəş vannası qəbul edir.
Video artıq polisi maraqlandırıb.