Liberiya paytaxtı Monroviyada bazar gününə keçən gecə naməlum şəxslər Ebola virusuna yoluxmuş insanlar üçün karantin mərkəzinə hücum ediblər. Ən azı 17 nəfər qaçıb. Onlardan bəziləri xəstədir, bəzilərində isə həkimlər virusun olmasından şübhələnirlər.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, mərkəz 75 min nəfərə yaxın adam yaşayan Vest-Poynt rayonunun xarabalıqlarında yerləşir. Hücum edənlər mərkəzdən yataq dəstləri, yorğan-döşək oğurlayıblar, bu əşyalar isə virusa bulaşmış ola bilərlər.
Səhiyyə Nazirliyində Vest-Poyntda epidemiyanın başlanacağından narahatdırlar.
Bir gün bundan öncə yerli sakinlər xarabalıqlara gedən yolu Ebola virusunun nəticəsində vəfat edən insanların cəsədlərini aparmağa gələn polis və dəfn xidməti əməkdaşlarının yolunu kəsiblər.
ÜST-nin məlumatına görə mürəkkəb vəziyyət yaranıb: vəziyyətin getdikcə mürəkkəbləşməsi isə liberiyalıların çoxunun virusun mövcudluğuna inanmamalarıdır. Afrikada Ebola virusundan artıq 1200 nəfər həyatını itirib.