Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Ədalət Ordusu” İranı lərzəyə saldı - VİDEO
Dünən, dekabrın 15-də İranın Sistan və Bəluçistan əyalətində yerləşən Rask şəhərindəki polis bölməsinə silahlı hücum nəticəsində 12 polis əməkdaşı həlak olub, azı səkkiz nəfər yaralanıb.
“Azad İran” “YouTube” kanalı xəbər verir ki, İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Məcid Mirəhmədinin verdiyi məlumata görə, hadisə cümə günü gecə saat 2-də baş verib və bu zaman 10 silahlı şəxs Raskdakı polis bölmələrindən birinə hücum edib.
Hücumçular yerli qüvvələrə kömək gəlməsinin qarşısını almaq üçün həmin əraziyə göndərilən qoşunların yolunda pusqu da qurublar.
Bu hücuma görə məsuliyyəti “Ceyşül-Ədl”, yəni “Ədalət Ordusu” adlanan qruplaşma öz üzərinə götürüb.
2012-ci ildə yaranmış və əsasən etnik bəluçlardan ibarət bu təşkilat İran rejiminə qarşı silahlı mübarizə aparır.
O, özünü İrandakı bəluç sünni azlığın İran hakimiyyəti tərəfindən tapdanan haqlarının müdafiəçisi kimi təqdim edir, həmçinin İranın Suriyadakı Bəşər Əsəd rejimini dəstəkləməsinin əleyhinə çıxır.

"İran" teqi üzrə xəbərlər
- Avtomobildə yemək bişirən iranlı bloqer məhkəməyə çağırılıb
- İranın husilərə hərbi yardım göstərməsi ilə bağlı yeni məqamlar üzə çıxıb
- İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
- ABŞ İranın ən yeni kəşfiyyat gəmisini batırdı
- İranın müxalifət lideri Mehdi Kərrubi ev dustaqlığından azad edilir