İranda edama məhkum edilmiş gənc kişi öz cəlladlarına hücum edib.
Oxu.Az xəbər verir ki, o, cəlladları yerə yıxaraq qandallardan azad olub.
Günahının nə olduğu məlum olmayan cinayətkar inadkarcasına müqavimət göstərməyə davam edib.
Kadrların İranın hansı şəhərində çəkildiyi hələlik məlum deyil.
Kütlə fit və qışqırıq səsləri ilə müttəhimi dəstəkləyib, amma o, uzun müddət müqavimət göstərə bilməyib. Bir neçə saniyədən sonra dar ağacının yanına qaçaraq gələn əsgərlər ölüm hökmü oxunan cinayətkarı zərərsizləşdiriblər.
Qeyd edək ki, 2015-ci ilin ilk yarısında İranda 400 müttəhim edam edilib.