İranda ölüm hökmünə məhkum edilmə səbəbinin 93 faizi narkotik qaçaqmalçılığına görədir.
Oxu.Az AzadlıqRadiosuna istinadən xəbər verir ki, bunu İranın insan haqqları rəsmisi BMT-nin İranda ölüm hökmünü tənqid edən hesabatına cavabında deyib.
İranın İnsan Haqqları Şurasının katibi Məhəmməd Cavad Laricani bu fikirləri noyabrın 1-də İran Məhkəməsinin veb saytında bildirib.
BMT-nin oktyabrın 23-də olan hesabatında deyilir ki, 2013-cü ilin iyulundan 2014-c ilin iyununa qədər İranda 852 adamın edam olub.
BMT-nin Cenevrədə insan haqları ilə bağlı toplantısına qatılan ölkələridən bəziləri İranı ölüm hökmü il bağlı memoranduma qoşulmağa çağırıb.
İranda bu ilin əvvəlində 6 əfqan, oktyabrda isə 3 əfqan narkotik qaçaqmalçılığına görə asılıb.