Ədən körfəzində efiopiyalı miqrantları daşıyan qayıq batıb.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində azı 46 nəfər həlak olub.
Qurbanlardan 37-i kişi, 9-u qadındır. 16 nəfərin itkin düşdüyü bildirilir.
Somali sahillərindən yola çıxan qaçaqmalçı qayığında 100-ə yaxın miqrant daşınıb. Miqrantların iş tapmaq məqsədilə Yəmənə yollandığı bildirilir.
F.M.
www.oxu.az