Pakistan və Əfqanıstan arasında bu gün İstanbulda keçirilən danışıqların sonuncu raundu uğursuz olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Əfqanıstan rəsmiləri ilə danışıqlar razılaşma olmadan başa çatıb, çünki Taliban sərhəddə silahlıların hücumlarını məhdudlaşdırmaq üçün qəti zəmanət verməkdən imtina edib", - deyə Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib.
Pakistanlı nazir deyib ki, hətta vasitəçilər də danışıqlar prosesindən geri çəkiliblər:
"Əgər hər hansı bir gözləntiləri olsaydı, bizdən qalmamızı xahiş edərdilər".
Xatırladaq ki, İstanbulda Qətər və Türkiyənin vasitəçiliyi ilə Pakistan və Əfqanıstan arasında sülh danışıqlarının növbəti raundu keçirilib.