Əfqanıstanda terrorçu “Taliban” hərəkatı silahlıları polis idarəsinə hücum ediblər. Paktiya əyalətinin Qardez şəhərinin Polis İdarəsinə edilən hücum nəticəsində 33 nəfər öldürülüb, 170 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bunu yerli hökumətin nümayəndələri bildiriblər.
Məlumata görə, Qardez şəhəri Polis İdarəsinin yaxınlığında terrorçuların idarə etdikləri minalanmış iki avtomobil partladılıb. Daha sonra silahlılar polis idarəsinin binasına girməyə cəhd göstəriblər.
Əfqanıstan DİN bildirib ki, polis idarəsinə 5 taliban silahlısı hücum edib. Hazırda terrorçular zərərsizləşdiriliblər. Polis idarəsinin rəisi Turyalay Əbdyani də silahlıların hücumu zamanı öldürülüb.
N.O.