Bu ilin sentyabr ayında əfsanəvi “ABBA” qrupunun “Live At Wembley Arena” adlı arxiv konsert albomu işıq üzü görəcək.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, layihə qrupun 40 illik yubileyinə həsr edilir. Albomun CD və vinil variantı olacaq.
Alboma 1979-cu il 10 noyabrında Londonun “Uembli” stadionunda keçirilən konsertin tam yazısı yer alacaq. Burada heç də bütün əsas hitlərin yer almadığı 25 trek səslənsə də, daha 2 heç harda yer almayan kompozisiyalar (Gammal fäbodpsalm və I’m Still Alive) olacaq.
Diskin prodüseri qrupun üzvü Benni Andersonun oğlu Lyudviq Andersondur. Lyudviq deyir ki, sözügedən albomda o maksimum dərəcədə musiqiçilərin səhvlərinin də yer aldığı konsert atmosferini saxlamağa çalışıb. O bunu “ABBA”nın parlaq studiya yazıları tərəfdən yox, sırf rok-n-roll simasını göstərmək istəyi ilə əlaqələndirib.