Azərbaycanda fəaliyyət göstərən bankların aktivləri 22 milyard 569 milyon 800 min manata çatıb.
Oxu.Az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, ötən ilin I yarım illə müqayisədə, 2014-cü ilin birinci yarısında bankların aktivləri 2 milyard 184 milyon 700 min manat və ya 10,7% artıb. Halbuki, ötən ilin birinci yarısında bankların aktivləri 1 milyard 656 milyon manat artıb.
Bu ilin yanvar-iyun ayları ərzində bankların kredit qoyuluşları 1 milyard 295 milyon manat və ya 8,6% artaraq 16 milyard 285 milyon manata çatıb.
Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin ilk 6 ayı ərzində bankların kredit qoyuluşları 1 milyard 456 milyon manat artmışdı. Yəni, bu il banklar kredit qoyuluşlarını ötən ildə olduğundan 161 milyon manat az artırıblar.
Gülnarə Zeynalova
www.oxu.az