Rusiyanın Çelyabinsk vilayətində monastıra hədiyyə edilən oyuncaqlar satışa çıxarılıb.
İz.ru xəbər verir ki, yerli sakin bir ay əvvəl on iki yaşlı qızının oyuncaqlarını ehtiyacı olan uşaqlara verilməsi üçün monastıra bağışlayıb.
Gəlincik kolleksiyası yığan qadın elan saytına daxil olduqda ora yerləşdirilən 13 gəlinciyin 9-nun monastıra bağışladığı gəlinciklər olduğunu görüb.
Satıcı bu gəlinciklərin ona satılmaq uçun verildiyini, başqa heç nə bilmədiyini deyib. Sonradan elan ləğv edilib, monastırda araşdırma başlanıb.