Avstraliyada eko-fəallar məşhur amerikalı rəssam Endi Vorholun Kanberra şəhərindəki qalereyada sərgilənən rəsmini ləkələməyə çalışıblar.
Etirazçılar bununla Avstraliya hakimiyyətini neft, qaz və kömür sənayesindəki fəaliyyətini dayandırmağa çağırıblar.
Xoşbəxtlikdən rəsm əsəri xüsusi ekranla qorunub və zədələnməyib.
Bundan əlavə, etirazçılardan biri özünü eksponata yapışdırmağa çalışsa da, qalereyanın təhlükəsizlik işçiləri vaxtında onun qarşısını kəsiblər.
Mənbə: aapnews.com
Rəylər