Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ekrem İmamoğlu istintaqın dörd milyard lirəlik zərər iddiasına cavab verməkdən imtina edib
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu ona qarşı irəli sürülən "Tender saxtakarlığı" maddəsi üzrə ifadə verib.
Oxu.Az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Müstəntiqlər bildiriblər ki, reklam tenderi zamanı yol verilən qanunsuzluq nəticəsində dövlətə dörd milyard lirə (185 milyon manat - red.) dəyərində zərər dəyib. Ümumilikdə isə yeddi ayrı-ayrı icra edilən tender əməliyyatından söhbət gedir.
Öz növbəsində Ekrem İmamoğlu suallara cavab vermək istəmədiyini və iddiaları qəbul etmədiyini açıqlayıb.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu və 99 şübhəli barəsində "Cinayət təşkilatının lideri və ya üzvü olmaq", "Qəsbkarlıq", "Rüşvətxorluq", "Məqsədli fırıldaqçılıq", "Şəxsi məlumatların qanunsuz olaraq əldə edilməsi" və "Tender saxtakarlığı" maddələri üzrə saxlanılma qərarı çıxarılıb.
"Ekrem İmamoğlu" teqi üzrə xəbərlər
- İmamoğlunun məhkəməsindən ilkin qərar açıqlandı
- İstanbulda "boykot" çağırışlarına görə saxlanılanlar azadlığa buraxıldılar
- Ekrem İmamoğlunun vəkili sərbəst buraxılıb
- Türkiyədə korrupsiya ilə bağlı 12 şirkətin hesabına həbs qoyuldu, 14 nəfər saxlanıldı
- İstanbul bələdiyyəsi sədrinin vəzifəsini icra edən seçildi