Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Eks-prezident Argentinada kirayə evdə yaşayacaq
Boliviyanın eks-prezidenti Evo Morales Argentinanın Boliviya sərhədi yaxınlığındakı San-Ramon de la Nueva-Oran şəhərində yaşayacaq.
“Expreso de Salta” xəbər verir ki, Morales gələn həftə şəhərə köçəcək və buradan “Sosializm Hərəkatı” Partiyasının 2020-ci il seçki kampaniyasına rəhbərlik edəcək.
Məlumata görə, eks-prezidentlə çalışan 12 nəfərlə birlikdə, eyni zamanda, keçmiş vitse-prezident Alvaro Qarsiya Linera da sözügedən şəhərdə yaşayacaq.
Morales şəhərdə icarəyə götürülmüş evdə yaşayacaq, eks-prezidentin mühafizəsini federal polis təşkil edəcək.
"Argentina" teqi üzrə xəbərlər
- Argentinada Maradonanın ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə başlayıb
- Dieqo Maradonanı müalicə edən həkimlərin məhkəməsi başlayır
- Argentinada daşqınlar azı 10 nəfərin həyatına son qoyub
- Argentina prezidentinin bacısı korrupsiyada ittiham olunur
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
Ən çox oxunanlar