ABŞ-da COVID-19-a yoluxmanın ikinci dalğası daha ağır ola bilər.
Bu barədə “Washington Post” ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzin rəhbəri Robert Redfildə istinadən məlumat yayıb.
R.Redfild buna səbəb kimi ikinci dalğa ilə qrip epidemiyasının vaxtının üst-üstə düşməsini göstərib. İkinci dalğanın bu ilin qış aylarına təsadüf etməsi gözlənilir.
Mütəxəssisin sözlərinə görə, eyni vaxtda iki respirator xəstəliyin yayılması ölkənin səhiyyə sistemini “ağlasığmaz yüklənmə”yə məruz qoyacaq.