Britaniyadan olan 18 yaşlı ekstremist qız ölkənin baş naziri Devid Kemeronu “müsəlmanlara qarşı müharibəni qızışdırmaqda” ittiham edib.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, o, Kemeronun başının nizənin ucunda görmək istədiyini bəyan edib.
Bu 18 yaşlı qız Suriyanın şimal-şərqində yerləşən İD yaraqlılarının işğal etdikləri ərazidə yaşayır. O, bəyanatı ilə bərabər eləcə də baş nazirin Britaniya vətəndaşları olan yaraqlıların ölkəyə qayıtmalarına dair qadağası barədə danışıb.
O bəyan edib ki, Britaniya vətəndaşlığını itirməyi üçün tamamən narahat deyil. Twitter-ində yazıb: “İnşallah, imanlılara qarşı müharibə apardığı üçün, Devid Kemeronun başının nizənin ucuna keçirildiyi gün gələcək. Bu, kafirlərin qəlbinə vəsvəsə salacaq”.
Qız eləcə də digər britaniyalıları onun kimi hərəkət etməyə və Suriyaya yollanmağa çağırıb: “Mənim cəmi 18 yaşım var, amma bilirəm ki, bu, doğru qərardır. Böyük Britaniyada qalmaqla siz qəlbinizdə islamı tamamən məhv edirsiz”.