Müasir dövrdə ən çox tələbat olan elektron avadanlıqlardan biri ağıllı telefonlardır.
Oxu.Az Bizimyol-a istinadən xəbər verir ki, insanların sevimlisi olan bu telefonların əvəzedilməz proqramı Whatsapp hesab olunur.
Son günlərdə proqramda olacaq yenilik haqqında yayılan xəbərlər istifadəçilərin diqqətini çəkib. Pulsuz mesajlaşma, səsli mesaj, şəkil və video göndərmək kimi özəlliyi olan proqrama görüntülü danışıq funksiyası da əlavə olunacaq.
Ekspertlərin fikrincə, proqrama əlavə olunacaq son funksiya onun istifadəçilərinin sayını rekord həddə çatdıracaq. Görüntülü danışıq funksiyasının bir çox dillərdə dəstəklənəcəyi gözlənilir. İndiyə kimi bu funksiyanın bir çox proqramlarda olmasına baxmayaraq, Whatsapp-da daha çox diqqət çəkəcəyi gözlənilir.