“Panantza-San Carlos” mis-filiz yatağında etirazlara görə Ekvador hökuməti fövqəladə vəziyyət elan edib.
Oxu.Az “The Associated Press”ə istinadən xəbər verir ki, hindu qəbilələri ilə qarşıdurma nəticəsində polis və daha bir neçə hüquq-mühafizə orqanı nümayəndəsi ölüb.
Yerli əhalinin etirazına Çin investorlarının “ExplorCobres” şirkətinin yardımı ilə Morona-Santyaqo vilayətində “Panantza-San Carlos”da geoloji-kəşfiyyat işləri aparması səbəb olub.
Ölkənin hindu xalqları Ekvador prezidenti Rafael Korreanın ölkədə dağ mədənçiliyi işinin inkişaf etdirmə planına qarşı çıxış edir. 2012-ci ildə də iki həftə ərzində irimiqyaslı dağ-mədən obyektlərinin yaranmasına qarşı bütün ölkədə nümayişlər keçirilmişdi.
N.O.
www.oxu.az