Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“El Klasiko”da sevinən tərəf “Real Madrid” oldu - VİDEO
İspaniya La Liqasının 32-ci turunun “Real” və “Barselona” komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Madriddəki “Santyaqo Bernabeu” stadionunda qarşılaşıblar. “Real” 3:2 hesabı ilə qalib gəlib.
Altıncı dəqiqədə “Barselona”nın müdafiəçisi Andreas Kristensen hesabı açıb. 18-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Vinisius Junior penaltini dəqiq yerinə yetirib. 69-cu dəqiqədə yarımmüdafiəçi Fermin Lopes Martin “Barselona”nı hesabda önə keçirib. “Real” 73-cü dəqiqədə müdafiəçi Lukas Vaskesin səyi ilə hesabı bərabərləşdirib. Meydan sahiblərinə qələbəni 90+1-ci dəqiqədə qola imza atan yarımmüdafiəçi Cud Bellinqem gətirib.
“Real” 2023/2024 mövsümü üçün La Liqanın turnir cədvəlində birinci yeri tutur. Komanda 32 matçda 81 xal toplayıb. “Barselona” isə 70 xalla ikinci yerdədir.
"İspaniya La Liqası" teqi üzrə xəbərlər
- La Liqa: Arda Gülerin qolu "Real Madrid"ə qələbə qazandırdı
- "Barselona" Fliklə müqavilənin müddətini uzadacaq?
- İspaniya La Liqası: "Barselona" liderliyini möhkəmləndirdi
- İspaniya La Liqası: "Real Madrid" qələbəni son dəqiqələrdə qazandı
- İspaniya La Liqası: "Barselona" "Selta" üzərində əzmkar qələbə qazandı