“Əl Qaidə” terror təşkilatının qolu olan “Ənsər əş Şəriə” qruplaşması ABŞ-ın Yəməndəki səfirliyinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Yəməndə naməlum şəxs qumbaraatandan ABŞ səfirliyini atəşə tutub.
Hücum nəticəsində 2 mühafizəçi yaralanıb.
Cinayətkar hadisə yerindən qaçıb.