Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Emmanuel Makron Fransada dövlət çevrilişinə hazırlaşır
Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun fəaliyyətini sərt tənqid edərək onu dövlət çevrilişinə hazırlaşmaqda ittiham edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o özünün sosial şəbəkə hesabında yazıb.
Bu cür bəyanata səbəb "France Info" qəzetində dərc edilmiş məqalə olub. Məqalədə Riçard Ferranın Fransanın Konstitusiya Şurasının sədri təyin edilməsindən sonra Makronun üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürə biləcəyi qeyd edilib.
Filippo vurğulayıb ki, Ferran artıq dəfələrlə prezident üçün üçüncü müddətə qadağanın ləğv edilməsinin zəruriliyi barədə danışıb. Lakin bunun üçün müvafiq qanunvericilik qadağasının ləğv edilməsi lazımdır.
Filippo hesab edir ki, Ferranın Konstitusiya Şurasına təyin edilməsi hazırkı prezidentin ölkədə hakimiyyəti ələ keçirmək planının bir hissəsidir.
"Bəli, Ferran 3-cü müddətə qadağanı ləğv etmək istəyir, o artıq bunu deyib! O bu barədə çox tez-tez danışır. Onun təyin edilməsi heç də təsadüfi deyil! Makron öz dövlət çevrilişinə hazırlaşır", - deyə Filippo yazıb.
Fransız siyasətçi Makronun son hərəkətlərinə görə dərhal vəzifəsindən kənarlaşdırılmasını tələb edib.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Makron bəzi ölkələrin baş qərargah rəisləri ilə görüşüb
- İtaliyanın baş nazirinin müavini Makronu "dəli" adlandırdı
- BAEA rəhbəri Makronu qınadı: "Bir neçə il əvvəl belə müzakirələr tabu hesab olunardı"
- Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi
- Rusiya XİN: "Makron Putinə zəng etmək əvəzinə, ictimai ritorika taktikasına üstünlük verib"