Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ən böyük kriptovalyuta birjası rusiyalılar üçün qapılarını bağladı
Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” Rusiya vətəndaşlarının P2P xidməti vasitəsilə dollar və avro alqı-satqı imkanlarını məhdudlaşdırıb.
Bu addım Aİ-nin Rusiya Federasiyasına qarşı 10-cu sanksiyalar paketinin tətbiqi ilə izah edilib.
Birja təkcə rusiyalılara deyil, eləcə də Rusiyada yaşayan hər hansı fiziki şəxslərə P2P xidməti vasitəsilə dollar və avro alqı-satqısını qadağan edib.
Bundan əlavə, “Binance” Aİ vətəndaşları üçün də P2P vasitəsilə rubl almaq və satmaq imkanını aradan qaldırıb.
Qeyd edək ki, “Binance” və digər kriptovalyuta birjalarının P2P xidmətləri adi SWIFT köçürmələri çətinləşdikdən sonra rusiyalılar tərəfindən xaricə pul köçürmə vasitəsi kimi fəal şəkildə istifadə olunurdu.
Mənbə: korrespondent.net
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Aİ Ermənistanda öz missiyasının mandatını 44 milyon avro büdcə ilə iki il müddətinə uzatdı
- Aİ-nin 12 ölkəsi seçkiyə xarici müdaxiləyə görə Avropa Komissiyasına çağırış etdi
- Aİ Ermənistandakı müşahidə missiyasının müddətini daha iki il uzadır
- Overçuk: "Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq"
- Aİ-nin Ermənistandakı müşahidə missiyasının planı nədir? - Rusiya Dövlət Dumasından açıqlama
Rəylər