Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ən etibarlı enerjidoldurma şəbəkələri açıqlandı
Elektrik avtomobil istehsalçıları ilə əlaqəsi olmayan şəbəkələrdə enerji doldurma cəhdlərinin 40-50 faizi problemlərlə müşayiət olunur.
Oxu.Az xəbər verir ki, "Consumer Reports" nəşrinin keçirdiyi sorğu göstərib ki, daha az problemlərin qeydə alındığı ən etibarlı şəbəkələr elektrik avtomobil istehsalçıları "Tesla" və "Rivian"a məxsusdur.
"Tesla Supercharger" şarj şəbəkələrində istifadəçilər yalnız 4%, "Rivian Adventure Network"də isə 5% problem yaşayırlar.
Eyni zamanda, məsələn, "Shell" şəbəkəsindən istifadə edənlər hər ikinci seansın plana uyğun getmədiyini, "EVgo" və "Blink" şirkətlərinin stansiyalarında elektriklə işləyən avtomobili enerji ilə doldurmaq cəhdlərinin 40%-dən çoxunda problemlər qeydə alındığını bildiriblər.
"Avto-moto" teqi üzrə xəbərlər
- Köhnə avtomobil mühərrikinə hansı yağ tökülməlidir? - Mütəxəssis məsləhəti
- "Honda Motor" şirkəti Kanadadan istehsalı köçürəcəyi ilə bağlı iddialara cavab verdi
- Nadir idman avtomobili hərraca çıxarıldı
- Dünyada elektrikli və hibrid avtomobillərə tələbat artıb
- "Nissan" ən populyar modellərindən birinin istehsalını azaldacaq