Göyərtəsində Türkiyə prezident Rəcəb Tayyip Ərdoğanın olduğu təyyarə İstanbulu tərk edib.
Oxu.Az TRT Haber-ə istinadən məlumat verir ki, Türkiyə prezidenti Atatürk hava limanından Ankaraya istiqamətlənib.
Xatırladaq ki, Ərdoğan bu gün səhər saatlarında İstanbula gəlmişdir. Türkiyə lideri Atatürk hava limanında xalq qarşısına çıxış edib.