Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin yanvarın 23-də görüşəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə türkiyəli dövlət başçısı jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Böyük ehtimalla, Putinlə yanvarın 23-ü, çərşənbə günü görüşəcəyik”, - deyə Ərdoğan bildirib.
Bundan əvvəl Ərdoğanla Putinin yanvar ayında Rusiyada görüşəcəyi bildirilsə də, konkret tarix açıqlanmırdı.