Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ərdoğan Tsipras ilə zarafat etdi – VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Birinci Dünya Humanitar Sammiti çərçivəsində Yunanıstanın baş naziri Aleksis Tsipras ilə görüş zamanı onun hədiyyə edilmiş qalstuku niyə taxmadığı ilə maraqlanıb.
Oxu.Az xəbər verir ki, görüşdə çəkilən video YouTube-da yerləşdirilib.
“Qalstuk haradadır?” – Ərdoğan ingilis və türk sözlərinin qarışığından istifadə edərək Tsiprasdan soruşub.
Beləliklə də Türkiyə prezidenti ötən görüşdə Tsiprasa qalstuk bağışladığını, o isə öz növbəsində həmin qalstuku gələn görüşdə taxacağını vəd etdiyini xatırladıb.
Tsipras qalstuku yalnız hakimiyyətinin Yunanıstanın borclarının silinməsinə nail olduqdan sonra taxacağını bildirib.

"Türkiyə" teqi üzrə xəbərlər
- Vəfat edən məşhur türkiyəli sənətçi Tanyelinin vəsiyyəti məlum oldu
- Məşhur türkiyəli aktrisanın əri də aktyorluğa başladı: Eyni filmə çəkildilər
- Türkiyədə yaşayan aktrisa Nesrin Cavadzadə serialdakı partnyoru ilə sevgili oldu
- Türkiyədə satılan dərmanlar qumar və cinsi asılılıq yaradır
- Türkiyədə hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu