Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ərdoğanın andiçmə mərasimində ermənilər də olacaq
Türkiyənin yeni seçilmiş prezidentinin andiçmə mərasiminə Ermənistan da dəvət edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan “Miasin 2014” forumunun iştirakçılarının suallarını cavablandırarkən deyib.
S.Sarkisyanın sözlərinə görə, böyük ehtimalla Ermənistan Türkiyə prezidentinin andiçməsi mərasiminə xarici işlər naziri səviyyəsində qatılacaq.
“Nazirimiz Türkiyə prezidentinin gələn il aprelin 24-də “erməni soyqırımı qurbanları”nın xatirəsinin 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimə qatılıb-qatılmayacağı ilə bağlı maraqlanacaq”, - deyə o vurğulayıb.
Ermənistan-Türkiyə sərhədinin açılmasına gəldikdə isə S.Sarkisyan konkret tarix açıqlamaqda çətinlik çəkdiyini söyləsə də, qeyd edib ki, Ermənistan tərəfi bunun mümkün qədər tez olmasını arzulayır.
"Ermənistan" teqi üzrə xəbərlər
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış