Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qobustanda həbsxana rəisindən narazı dustaqlar özlərini doğradılar
Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb.
Oxu.Az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə kəsib və doğrayıblar.
Onlardan birinin vəziyyətinin ağır olduğun bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur.
Qeyd edək ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Fikrət Qafarov məhbuslarla sərt şəkildə davrannır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da deyilir.
Penitensiar Xidmətin Mətbuat Mətbuat Xidmətindən bildiriblər ki, onlara belə bir məlumat daxil olmayıb.
"Qobustan" teqi üzrə xəbərlər
- Kredit borcları üzrə ödənişdə gecikmələr nə ilə əlaqədardır?
- "Qobustan kodları" dəyirmi masası: Arxeologiya, incəsənət və mənəviyyatın qovşağında
- 35 şirkətin rəhbəri hakim qarşısında: Dövlət müəssisələrini külli miqdarda aldatmaqda ittiham olunur
- Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Palçıq Vulkanları Kompleksinə mediatur təşkil olunub
- Qobustan şamanı: "Bəşəriyyətin taleyi Bakıda həll olunacaq"