"Yanğın dartı yarımstansiyasında yerləşən 110/35 kV-luq transformatorda olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Qeyd olunub ki, dəmir yolu sahəsinin yaxınlığında yerləşsə də, yarımstansiya ADY-nin enerji təchizatı sisteminə daxil deyil:
"Məlumat üçün bildirək ki, dəmir yolu infrastrukturuna ziyan dəyməyib".
Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən dəmiryol stansiyasının yaxınlığında güclü yanğın baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində ərazidə yerləşən transformator alovlara bürünüb.
@tv.oxu Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində stansiya ərazisində yerləşən irihəcmli çən alovlara bürünüb. Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar. Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb. yanğın Qobustan #Oxuaz
♬ original sound - oxu.az - oxu.az
Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı Oxu.Az-a bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.