Türkiyə prezidentinin hərbi müşaviri Albay Ali göz altına alınıb.
Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, Albay Ali baş tutmayan hərbi çevrilişin təşkilində ittiham edilir.
Xatırladaq ki, 15-dən 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə dövlət çevrilişinə cəhd edib. Qiyamçılar Ankara və İstanbulda bir sıra strateji obyektləri nəzarət altına aldılar, amma bir neçə saatdan sonra qiyam yatırılıb.
Türkiyə hüquq-mühafizə orqanı əməkdaşları minlərlə insan həbs ediblər, onların arasında yüksək və ortarütbəli hərbçilər də var. Dövlət çevrilişinə cəhd nəticəsində 265 nəfər ölüb.